Suya tullanma yarışlarının final mərhələsində Azərbaycanı 2 idmançı təmsil edir (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Azad Həsənli/
Bu gün I Avropa Oyunları çərçivəsində qadınlar arasında suya tullanma yarışlarının final mərhələsi start götürüb.
Trend-in məlumatına görə, Azərbaycanı bu yarışlarda Olqa Bıkovskaya təmsil edir.
Bu gün, həmçinin kişilər arasında suya tullanma yarışlarının final mərhələsi baş tutacaq.
Bu mübarizədə ölkəmizi Artyom Danilov təmsil edəcək. Bu idman növündə 2 dəst medal oynanılacaq.