...

Portuqaliyalı gimnast: Avropa Oyunları idmançılara geniş təcrübə qazanmaq imkanı verir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 13:36 (UTC +04:00)
"Düşünürəm ki, birinci Avropa Oyunları çox möhtəşəm bir yarışmadır, çünki indiyə qədər Avropanın belə geniş yarışması yox idi".
Portuqaliyalı gimnast: Avropa Oyunları idmançılara geniş təcrübə qazanmaq imkanı verir  (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Düşünürəm ki, birinci Avropa Oyunları çox möhtəşəm bir yarışmadır, çünki indiyə qədər Avropanın belə geniş yarışması yox idi". Bunu Trend-ə batut gimnastikasında qadınlar arasında sinxron hərəkətlər üzrə bürünc medal qazanmış portuqaliyalı idmançı Ana Rente deyib.

O bildirib ki, Avropa Oyunları idmançılara geniş təcrübə qazanmaq və öz bacarıqlarını sübut etmək imkanı verir.

A.Rente Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyini diqqətə çatdırıb: "Atletlər kəndində idmançılar üçün çox yaxşı şərait yaradılıb. Yarışdığımız bu Gimnastika Arenası da çox rahatdır, tamaşaçıların alqışları isə bizə ruh yüksəkliyi verir və insanların gimnastikaya olan marağını göstərir".

Sinxron hərəkətlərdə A.Rentenin həmkarı Beatris Martins də Avropa Oyunlarının onun üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O bildirib ki, bir gənc idmançı kimi Avropa Oyunları onun yaxşı təcrübə qazanması üçün əhəmiyyətli rol oynayıb.

Gimnastlar ölkəmizdə olduqlarından zovq aldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti