...

Patrik Hikki: İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 10:02 (UTC +04:00)
İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir. Trend-in məlumatına görə, bu barədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkey Associated Press-ə bildirib.
Patrik Hikki: İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrinin birində keçirilməlidir. Trend-in məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Associated Press-ə bildirib.

P.Hikki deyib ki, oyunların coğrafi yayılması siyasətinə görə, növbəti Avropa Oyunları qitənin qədim hissəsi - yəni ki qərbi Avropada keçirilməlidir.

P.Hikki 4 şəhərin 2019 Avropa Oyunlarını keçirmək üçün istəyini
ifadə etdiyini bildirib. Ölkələrin adlarını hələlik gizli saxlayan P.Hikki onlardan ikisinin Niderlandın seçilməsi ilə namizədliyi itirməsini, lakin bu ölkənin imtinasından sonra yenidən Avropa Olimpiya komitəsinə müraciət etdiklərini vurğulayıb. Digər iki namizəd isə yenidir. P.Hikki deyib ki, qərar ilin sonunadək qəbul olunacaq.

"Biz hazırlıqlar üçün həmin ölkəyə vaxt vermək baxımından tez qərar qəbul etməliyik" - deyə komitə rəhbəri qeyd edib.

O deyib ki, Oyunların bəzi növlərinin əlavə edilməsi və ya daha da təkmilləşdirilməsi barədə müzakirələr də aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti