Azərbaycan, Bakı, 25 iyun /Trend/
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində 3x3 basketbol yarışının 1/8 final mərhələsinin oyunları keçirilib.
Trend-in məlumatına görə, Azərbaycanın kişilərdən ibarət basketbol millisi İsrail yığması ilə qarşılaşıb.
Oyunda üstün olan millimiz 1/4 finala vəsiqə qazanıb - 19:14.
Növbəti mərhələdə rəqib Litva komandasıdır.