...

Aygün Kazımovayla qızı İlqarə İbrahimovanın 8 Mart konserti təxirə düşüb

Mədəniyyət Materials 8 Mart 2011 07:21 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovanın "Eurovision-2011" milli seçim mərhələsinin finalçısı, xalq artistinin qızı İlqarə İbrahimovayla Bakı restoranlarının birində 8 Mart - Beynəlxalq Qadınlar Gününə planlaşdırdığı "Duet-Duet" adlı konserti təxirə düşüb.
Aygün Kazımovayla qızı İlqarə İbrahimovanın 8 Mart konserti təxirə düşüb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovanın "Eurovision-2011" milli seçim mərhələsinin finalçısı, xalq artistinin qızı İlqarə İbrahimovayla Bakı restoranlarının birində 8 Mart - Beynəlxalq Qadınlar Gününə planlaşdırdığı "Duet-Duet" adlı konserti təxirə düşüb.

Artistin yaxın ətrafından Trend-ə verilən məlumatda konsertin hansı səbəbdən təxirə salınması açıqlanmır.

Müğənni ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.

Hazırda əldə etdiyimiz məlumata əsasən, Aygün Kazımova qızı İlqarə İbrahimova ilə birgə konsertini Novruz bayramı ərəfəsində gerçəkləşdirəcək.

Digər etibarlı mənbədən aldığımız məlumata görə, 8 mart tarixində Aygün Kazımovanın sonuncu dəfə plastik əməliyyat keçirməsindən düz iki həftə tamam olur. İddialara görə, müğənni əməliyyatın fəsadlarını tam aradan qaldıra bilmədiyi üçün səhnəyə çıxmaqdan imtina edib.

8 Mart - Beynəlxalq Qadınlar Gününü necə qeyd edəcəyinə gəldikdə isə, mənbəmiz bildirdi ki, Kazımova iki xanım həmkarı xalq artistləri Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə birlikdə İctimai televiziyanın bayram efirində canlı yayıma qatılacaq.

Xəbər lenti

Xəbər lenti