...

Xalq artisti Faiq Ağayev "iti qələm"lə döyüşdən necə çıxacaq? (VİDEO-FOTO)

Mədəniyyət Materials 5 May 2011 17:36 (UTC +04:00)
Lider TV-də yayımlanan "Tap dostum" şousunun bu gün - 5 may tarixində, saat 21:00-da yayımlanacaq buraxılışının qonaqları Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, Cənab Qızıl Şlyager, 100 % F.A və daha çoxsaylı titulların sahibi Faiq Ağayevin başçılıq etdiyi "Bal kimi" komandası və Azərbaycan şou-biznes yazarları arasında ən keyfiyyətli yazılarına görə seçilən jurnalistlər oldular.
Xalq artisti Faiq Ağayev "iti qələm"lə döyüşdən necə çıxacaq?  (VİDEO-FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Ş.Cavadsoy/

Lider TV-də yayımlanan "Tap dostum" şousunun bu gün - 5 may tarixində, saat 21:00-da yayımlanacaq buraxılışının qonaqları Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, Cənab Qızıl Şlyager, 100 % F.A və daha çoxsaylı titulların sahibi Faiq Ağayevin başçılıq etdiyi "Bal kimi" komandası və Azərbaycan şou-biznes yazarları arasında ən keyfiyyətli yazılarına görə seçilən jurnalistlər oldular.

Tanınmış Azərbaycan bəstəkarı və müğənnisi, rəqibsiz şoumen Rəhim Rəhimlinin aparıcısı olduğu tele-oyunda üz-üzə gələcək komandaların tərkibində olan iştirakçıları Siz də tanıyın. Faiq Ağayevin komandası: operator Təhmasib Məmmədov, rejissor İlham Yaşaroğlu, xalq artistinin uzun illərdən bəri birgə çalışdığı səs rejissoru Cahangir müəllim. Heyət təsadüf nəticəsində seçilməmişdi. Diqqətli oxucularımızın xatirində olar ki, bir neçə gün bundan əvvəl xalq artistinin hit-paradlarda öz birinciliyini digər mahnılarla paylaşmayan "Bal kimi"sinə çəkdirdiyi klipinin eksklüziv olaraq yayımı məhz Trend-də olmuşdu. Və anons edək ki, vizual məhsulun televiziya ekranlarında ilk nümayiş məhz "Tap dostum"da baş tutacaq.

Bir daha diqqətinizə çatdırırıq ki, mahnının sözləri və musiqisi tanınmış tele-aparıcı, şoumen və bəstəkar Murad Arifə məxsusdur. Təhmasib Məmmədovun ideyası və baş operatorluğu ilə ekranlaşdıran klipin rejissoru isə İlham Yaşaroğludur. Dinamik rəqslərlə həmahənglik təşkil edən ekran işində xalq artisti rəqqasların müşayiəti ilə bir nəçə dəyişən obraz yaradır. Rəhim Rəhimlinin verilişinə biganə qalmayan auditoriya qrafik üslübda hazırlanan "Bal kimi" klipinin necə çəkilməsi haqqında da məlumat əldə edəcəklər. Onlar həm də süjet xətti olmayan ekran işində Faiq Ağayevin dəyişmiş imicini görə biləcəklər. Keyfiyyətli müğənni klipinin ərsəyə gəlməsində əziyyəti olmuş insanlarla eyni komandada olsa da, iti qələmlərinə güvənən media mənsubları ilə maraqlı debatdan da yayınmadı. Trend-in əməkdaşı Şahin Cavadsoy başda olmaqla, ANSPRESS-in müxbiri Zülfiyyə Qurbanova, "Şərq" qəzetinin əməkdaşı Tahirə Məmmədqızı və "Sehirli çıraq" tele-oyununun redaktoru Azər Nəsibov kamera qarşısında komplekssizliklərini sərgiləyib, studiyaya qonaq qismində gələn fanatlardan xeyli dəstək aldılar.

Bir maraqlı məqam son aylarda toy və məclislərdə ən çox tələb olunan "Can-cana" mahnısının ifaçısının kimliyi ilə bağlıdır. Televiziya şousuna baxmaqla siz bu "hit"in hansı müğənni tərəfindən oxunduğunu biləcəksiniz. "Xalq artisti Faiq Ağayev "iti qələm"lə döyüşdən necə çıxacaq" sualına ən doğru cavabı bilmək istəyənlər Lider TV-nin axşam efirini müləq izləsinlər.

Foto: Şahin Cavadsoy

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti