Azərbaycan, Bakı, 3 may /Trend, müxbir C.Babayeva/
Bakı Caz Mərkəzinin səhnəsində "Eurovision 2012" mahnı müsabiqəsinin İsveçrədən olan iştirakçıları - "Sinplus" pop-rok duetinin konserti olacaq. Bu barədə cümə axşamı Trend-ə Caz Mərkəzindən bildiriblər.
Məlumata əsasən, konsert mayın 14-də baş tutacaq.
"Bakıda olmuş dostlarımız var və onlar deyiblər ki, Bakı xüsusi enerji ilə inkişaf edən şəhərdir", - duet əvvəllər Trend-ə müsahibəsində bildirib.
Qeyd edək ki, "Sinplus" Ayvan və Qabriel Brocini qardaşlarının daxil olduğu İsveçrə pop-rok duetidir.