...

Şuşanın işğalı zamanı şəhərdən çıxarılan eksponatlar nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 4 May 2012 19:11 (UTC +04:00)
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşanın işğalının 20 illiyinə həsr edilmiş "Şusa səsləyir" adlı tədbir keçirilib.
Şuşanın işğalı zamanı şəhərdən çıxarılan eksponatlar nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir C.Babayeva/

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşanın işğalının 20 illiyinə həsr edilmiş "Şusa səsləyir" adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, ekspozisiyada Şuşanın işğalı zamanı şəhərdən çıxarılan eksponatlar təqdim edilib.

Tədbirdən əvvəl bir dəqiqəlik sükut elan edilib.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1987-ci ildə açılıb. Orada bu məktəbin xalçaçılıq və xalq tətbiqi sənətinin digər növlərinin ən yaxşı nümunələri nümayiş etdirilib.

"Biz bu eksponatları qoruya bildik. Onların çıxarılmasına rəsmi icazə olmayıb və biz icazə olmadan gecə saatlarında muzeydən eksponatları çıxardıq. Mən bu gün muzey işçilərinə təşəkkür etmək istəyirəm. Hazırda burada təqribən 180 eksponat var. Bunlar 120 xalça, təqribən 40 zərgərlik məmulatıdır. Biz hazırda bu zonanın qaçqınları ilə sıx əlaqələr saxlayırıq, Şuşadan olan xalça keyfiyyəti sahəsində mütəxəssislərlə iş aparırıq və çalışırıq ki, onlar öz incəsənətləri ilə məşğul olmaqda davam etsinlər", - muzeyin direktoru Röya Tağıyeva Trend-ə deyib.

Xəbər lenti

Xəbər lenti