...

Brilliant Dadaşova: Yaxınlarda Fəttah Canı məhkəməyə verəcəyəm

Mədəniyyət Materials 30 May 2012 13:12 (UTC +04:00)
“Yaxşı gözəl” adlı yeni albomunu çıxarmağa hazırlaşan Brilliant Dadaşova aranjimançı Fəttah Canı onu aldatmaqda ittiham edib.
Brilliant Dadaşova: Yaxınlarda Fəttah Canı məhkəməyə verəcəyəm

Azərbaycan, Bakı, 30 may /Trend/

"Yaxşı gözəl" adlı yeni albomunu çıxarmağa hazırlaşan Brilliant Dadaşova aranjimançı Fəttah Canı onu aldatmaqda ittiham edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Günaydın" qəzeti yazır.

Qəzet yazır ki, bundan əvvəl məşhur müğənni Zülfü Livanelinin dəvəti ilə Türkiyəyə gələn və onunla birlikdə duet ifa edən azərbaycanlı müğənni Brilliant Dadaşova "Yaxşı gözəl" adlı yeni albomunu musiqisevərlərin qarşısına çıxarmağa hazırlaşdığını bildirir. Albomu ilə bağlı maraqlı açıqlamalar verən Dadaşova aranjımançı Fəttah Can tərəfindən aldadıldığını və hadisənin məhkəmədə araşdırılacağını bəyan edib.

"Bu albom üçün Fəttah Can ilə görüşmüş, bir mahnı və beş aranjiman üçün ona 18 min dollar ödəmişdim. Üç ildir ki, nə mahnılarımı verir, nə də telefonumu götürür. Üstəlik pulumu da geri qaytarmayıb", - müğənni deyib.

Dadaşova Fəttah Canla danışmağa çalışdığını, hətta dostlarını da bu məsələyə cəlb etdiyini söyləyib. "Özündən soruşduqda o zaman mənimlə işləmək istəmədiyini deyib. Məgər işləmək istəməmək aldadacağam deməkdir? Fəttah Can, səni məhkəməyə verməmək üçün çox gözlədim. Amma məsələni ən tez bir zamanda məhkəməyə verib dövlət adamlarını da xəbərdar edəcəyəm", - o bildirib.

Qəzet yazır: "Azərbaycanın Ajda Pekkanı adlandırılan Dadaşova Əlixan Səmədovla duet albom hazırlayıb. Müğənni albomundakı 14 mahnını Səmədovla birgə səsləndirib".

Xəbər lenti

Xəbər lenti