...

Ufada türkdilli xalqların V Beynəlxalq Teatr Festivalı keçiriləcək

Mədəniyyət Materials 5 İyul 2012 20:11 (UTC +04:00)
2012-ci ilin sentyabr ayının 6-dan 13-dək Başqırdıstanın Ufa şəhərində türkdilli xalqların "Tuğanlıq" V Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Ufada türkdilli xalqların V Beynəlxalq Teatr Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 5 iyul /Trend/

2012-ci ilin sentyabr ayının 6-dan 13-dək Başqırdıstanın Ufa şəhərində türkdilli xalqların "Tuğanlıq" V Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycanı festivalda Gəncə Dövlət Dram Teatrı təmsil edəcək.

Teatr Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş və Gəncə Dövlət Dram Teatrının cari repertuarında olan "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasını nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti