...

Budapeştdə Azərbaycan Gömrük Tarix Muzeyi filialının kolleksiyaları nümayiş etdirilib

Mədəniyyət Materials 11 İyul 2012 18:12 (UTC +04:00)
Budapeştdə Ümumdünya Gömrük Təşkilatının təsis edilməsinin 60-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.
Budapeştdə Azərbaycan Gömrük Tarix Muzeyi filialının kolleksiyaları nümayiş etdirilib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Budapeştdə Ümumdünya Gömrük Təşkilatının təsis edilməsinin 60-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Tarix Muzeyi filialının kolleksiyalarından ibarət sərgi təşkil edilib. Sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycan tarixini, mədəniyyətini, həmçinin Azərbaycan gömrük tarixinin bir sıra səhifələrini əks etdirib.

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Azerterminalkompleks" TH XİB-in direktoru general-mayor Qambay Əliyev çıxış edərək sərgi haqqında qonaqlara ətraflı məlumat verib. Sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonda Qambay Əliyevlə macar həmkarları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti