...

Ənvər Əbluc: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına həm yaşlı, həm də cavan nəslin ümidləri böyükdür

Mədəniyyət Materials 24 İyul 2012 17:06 (UTC +04:00)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına həm yaşlı nəslin, həm də cavan nəslin ümidləri böyükdür. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Ənvər Əbluc deyib.
Ənvər Əbluc: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına həm yaşlı, həm də cavan nəslin ümidləri böyükdür

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına həm yaşlı nəslin, həm də cavan nəslin ümidləri böyükdür. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Ənvər Əbluc deyib.

"Yaradıcı İttifaq yönəldici bir rol oynamalıdır, gənclərə istiqamət verməlidir. Həm yaradıcılıq cəhətdən, həm də sosial problemləri həll etmək baxımından yeni İttifaqa ümidlər bəsləyirəm. Şəfiqə xanım çox enerjili insandır və ümidvaram ki, o və onun ətrafında olanlar kino xadimlərinin istəkləri ilə məşğul olacaqlar", - o deyib.

Rejissor qeyd edib ki, özünün də sıralarını tərk etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı öz fəaliyyətsizliyi ilə seçilib.

"Rüstəm İbrahimbəyov böyük sənətkardır, cavanların onun məsləhətlərinə ehtiyacı var. Amma 2002-ci ildə İttifaqın iclasında qeyd etdiyim kimi, İbrahimbəyov ildə 5-6 dəfə Bakıya gəlir və onda da öz işləri ilə məşğul olur. Mən 14 ilə yaxındır ki, film çəkmirdim və 2008-ci ildə bu məsələni qaldırdım və dedim ki, bu məsələni Kinemotoqrafçılar İttifaqı qabartmalıdır. Böyük kinematoqrafçılara hörmət etmək hamının borcudur, amma İttifaq bilavasitə öz işi ilə məşğul olmursa, məni qane edə bilməz", - o deyib.

Xəbər lenti

Xəbər lenti