...

Dünya şöhrətli musiqiçi Alim Qasımov Kanadanın Toronto şəhərində konsert verəcək

Mədəniyyət Materials 19 Noyabr 2012 22:18 (UTC +04:00)
Bu il dekabrın 21-də Kanadanın Toronto şəhərində Muğam - Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası, dünya şöhrətli musiqiçi Alim Qasımovun "Sama-e Rast Muğam rəqsi" adlı konserti təşkil olunacaq.
Dünya şöhrətli musiqiçi Alim Qasımov Kanadanın Toronto şəhərində konsert verəcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Bu il dekabrın 21-də Kanadanın Toronto şəhərində Muğam - Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası, dünya şöhrətli musiqiçi Alim Qasımovun "Sama-e Rast Muğam rəqsi" adlı konserti təşkil olunacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Konsert çərçivəsində Torontoda yaşayan həmyerlimiz Saşar Zarifin rəhbərlik etdiyi rəqs qrupu iştirak edəcək.

Sözügedən festival Kanadanın və Ontario əyalətinin İncəsənət şuraları və Ağaxan Muzeyinin himayəsi və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Festivalın məqsədi Azərbaycanın zəngin muğam ənənələrini Kanadada təbliğ etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti