...

Putin Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissorunu medalla təltif etdi

Mədəniyyət Materials 25 Yanvar 2013 12:43 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskini mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edib.
Putin Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissorunu medalla təltif etdi

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskini mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə "Puşkin medalı" ilə təltif edib.

Trend-in məlumatına görə, "Puşkin medalı" ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə görə, mədəni irsin öyrənilməsində və qorunmasına böyük töhfə verənlər, millətlər və millətlərin mədəniyyətlərinin yaxınlaşmasında əməyi olanlar təltif edilir.

"Puşkin medalı" bir qayda olaraq, 20 il və ya daha çox humanitar, ictimai işlər üzrə fəaliyyət göstərənlərə təqdim edilir.

Qeyd edək ki, bu ilin fevral ayında rejissorun 65-i yaşı olacaq. O, 1976-ci ildən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir. Bu illər ərzində səhnədə 50-dən çox rol oynayıb, 4 kinofilmdə çəkilib, 54 tamaşa qurub.

1988-ci ildə Şarovski "Əməkdar artist", 1999-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Qızıl dərviş" və "Humay" mükafatları laureatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti