...

Əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri nümayiş etdiriləcək

Mədəniyyət Materials 5 Aprel 2013 17:39 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 3-4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin və bədii yaradıcılıq nümunələrinin, həmçinin ulu öndərə həsr olunmuş sənət nümunələrinin nümayişi təşkil olunacaq.
Əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 3-4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin və bədii yaradıcılıq nümunələrinin, həmçinin ulu öndərə həsr olunmuş sənət nümunələrinin nümayişi təşkil olunacaq.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində həmçinin ümummilli lider Heydər Əliyevin əlilliyi olan şəxslərə qayğısını, ulu öndərin əlillərlə bağlı keçirilən tədbirlərdə iştirakını əks etdirən film və fotostend təqdim olunacaq.

Hazırda tədbirlə bağlı təşkilatı işlər aparılır.

Qeyd edək ki, tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı nazirliyin xüsusi Tədbirlər Planı çərçivəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti