...

Respublika rəsm müsabiqəsinin yekunu - "Əsrlər-nəsillər" sərgisi keçiriləcək

Mədəniyyət Materials 13 İyun 2013 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş, Azərbaycan tarixi mövzusunda respublika rəsm müsabiqəsinin yekunu - "Əsrlər-nəsillər" sərgisi keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, sərginin açılışı 2013-cü il iyun ayının 14-də, saat 17:00-da Muzey Mərkəzinin Sərgi qalereyasında təşkil olunacaq.

Azərbaycan rəssamları ümummilli lider Heydər Əliyevin təsviri sənət sahəsinə göstərdiyi böyük diqqət və qayğını daim üzərilərində hiss edib və minnətdarlıq duyğularını öz sənət əsərlərində əks etdirməyə çalışıblar.

Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Azərbaycan tarixi mövzusunda "Əsrlər-nəsillər" adlı respublika müsabiqəsi elan olunub. Bir neçə mərhələdə davam etdirilmiş müsabiqəyə Azərbaycan tarixinin şanlı hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətini, qəhrəmanların millətin varlığı və dövlətçilik ənənələrinin yaşadılması, müstəqillik, suverenlik, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğurda göstərdikləri şücaətləri əks etdirən əsərlər təqdim olunub. Bu müsabiqə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, insanlarda Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edən hadisələr və tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında təsviri sənət əsərləri vasitəsi ilə təsəvvür yaratmağa xidmət edir.

Sərgi 2013-cü il iyun ayının 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti