...

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Tullantıdan sənətə" adlı II Beynəlxalq sərgi keçiriləcək

Mədəniyyət Materials 14 İyun 2013 17:02 (UTC +04:00)
İyunun 16-dan 20-dək “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC, “Qız Qalası” qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Tullantıdan sənətə” adlı II Beynəlxalq sərgi keçiriləcək.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Tullantıdan sənətə" adlı II Beynəlxalq sərgi keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 16-dan 20-dək "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC, "Qız Qalası" qalereyası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Tullantıdan sənətə" adlı II Beynəlxalq sərgi keçiriləcək.

Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən onlarla sənətkar sərgidə əşyaları atmazdan əvvəl cəmiyyəti bir daha fikirləşməyə sövq edəcək incəsənət əsərləri ilə çıxış edəcəklər.

Beynəlxalq sərgiyə Azərbaycan rəssamları ilə yanaşı, Fransa, İtaliya, Böyük Britaniya, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrin incəsənət nümayəndələri qatılacaqlar.

Ötən ilin iyun ayında Qala qəsəbəsində keçirilmiş I "Tullantıdan
Sənətə" sərgisindən fərqli olaraq, builki sərginin formatı hazır sənət nümunələrinin nümayişi şəklində olmayacaq. Bu dəfə sərgi tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləməyə imkan yaradacaq.

Sərginin 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyondaca işləyəcəklər.

Sərgini ziyarət etmək istəyənlərin Qala Qoruğuna gediş-gəlişini təmin etmək üçün təşkilatçılar tərəfindən avtobuslar təmin olunacaq.

Ziyarətçilər 17-19 iyun tarixləri ərzində hər gün saat 12:00 və 15:00-da Qoşa Qala qapısı önündən yola düşən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti