...

Səyavuş Aslanın səhnədə son "rolu" (ƏLAVƏ OLUNUB 3) (FOTO 2)

Mədəniyyət Materials 27 İyun 2013 15:41 (UTC +04:00)
Azərbaycanın xalq artisti Səyavuş Aslan vəfat edib. Bu barədə Trend-ə Azərbaycan Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Səyavuş Aslanın səhnədə son "rolu" (ƏLAVƏ OLUNUB 3) (FOTO 2)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 09:00-da yayılıb)

Azərbaycan, Bakı, 27 iyun / Trend, müxbir V.İmanov /

Azərbaycanın xalq artisti Səyavuş Aslanla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi başa çatıb.

Trend-in məlumatına görə, vida mərasimində mərhumun yaxınları, sənət dostları, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi iştirak edib.

Vida mərasimində çıxış edənlər Səyavuş Aslan kimi sənətkarların dünyaya çox az-az gəldiyini bildiriblər və onun ölümünün Azərbaycan xalqı üçün böyük itki olduğunu qeyd ediblər.

"Səyavuş Aslan kinoda, teatrda böyük iz qoyub, nəsillər yetişdirib", çixışçılar qeyd ediblər.

Vida mərasimindən sonra Səyavuş Aslan son mənzilə alqışlarla yola salındı.

Mərhum 2-ci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Səyavuş Aslan bu gün səhərə yaxın vəfat edib.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:

Bayram ("Kəndimizin mahnısı", K. Kərimov),
İbişov ("Özümüz bilərik", Ş. Qurbanov),
Füruzbala ("Altı qızın biri Pəri", M. Əlizadə),
Şubay ("Ulduz"),
Dadaşbala ("Hicran", S. Rəhman),
Qəmzəli ("Qaçırılmış qız", C. Məmmədov),
Misir Nəsir ("Lənət sənə, kor şeytan", F. Aşurov),
Orduxan bəy ("Əlli yaşında cavan", Z. Hacıbəyov)

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır:

Mindilli ("Nişanlı qız", S. Rəhman),
Luka ("Həyatın dibində", M. Qorki),
Ağaəli ("Günah", R. Əlizadə),
Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
Oddamdı ("Od gəlini", C. Cabbarlı),
Fəriş ("Bizim qəribə taleymiz", İ. Əfəndiyev),
Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev),
Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri),
Əsədulla ("Ah, Paris...Paris!..", Elçin),
Kişi ("Mənim ərim dəlidir", Elçin),
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
Poloni ("Hamlet", U. Şekspir),
Sarı ("Varlı qadın", Ə. Əmirli),
Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti