...

Kanadada Azərbaycan musiqisi və rəqsi konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 22 İyul 2013 20:49 (UTC +04:00)
Bu gün Niaqara şəhərində Niaqara Musiqi Festivalı çərçivəsində Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə Azərbaycan musiqisi və rəqsi konserti keçirilib.
Kanadada Azərbaycan musiqisi və rəqsi konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Bu gün Niaqara şəhərində Niaqara Musiqi Festivalı çərçivəsində Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə Azərbaycan musiqisi və rəqsi konserti keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konsertdə giriş nitqi ilə çıxış edən Niaqara Musiqi Festivalının icraçı direktoru Kristofer Bleyk Azərbaycan mədəniyyətinin nümayişinin Niaqara bölgəsində artıq ənənəyə çevrildiyini vurğulamışdır. Həmçinin, K.Bleyk Azərbaycan icması ilə sıx əlaqələrdən məmnun olduğunu bildirmişdir.

Daha sonra çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev mədəniyyətin iki ölkə və xalq arasında əlaqələrin genişlənməsində xüsusi rol oynadığını qeyd edib. Səfir Azərbaycan musiqisi, xüsusilə də rəqsi barədə qısa məlumat verib.

Konsert zamanı Torontoda fəaliyyət göstərən "Araz" rəqs qrupu çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti