...

Ankarada Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2013 05:22 (UTC +04:00)
Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 10-cu Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan gecəsi təşkil olunub.
Ankarada Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 10-cu Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan gecəsi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, gecədə səfirliyin əməkdaşları, Türkiyənin millət vəkilli Sinan Oğan, xeyli sayda elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, Ankara ictimaiyyətinin çox sayda nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

10-cu Beynəlxalq Anadolu Günləri Festivalının həyata keçirildiyi böyük sahədə səfirliyimizin təşəbbüsləri ilə Azərbaycan evi yaradılıb. Azərbaycan evində ölkəmizə xas əyani təbliğat vasitələri nümayiş etdirilib, şənlik iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə də Azərbaycan milli mətbəxinə xas ləziz şəkərbura və paxlavalar paylanılıb.

Tədbirdə iştirak edərək konsert vermək məqsədilə Naxçıvan Muxtar Respublikasından Ankaraya səfərə gəlmiş Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş anlar yaşadıb, böyük maraqla izlənib. Azərbaycana xas bir-birindən gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr verib.

Gecədə səfir Faiq Bağırova söz verilib. Səfir öz çıxışına ankaralıları səmimi salamlayaraq başlayıb, Etimesqut Rayon Bələdiyyəsinə təşəkkürlərini bildirib və iki qardaş ölkənin münasibətlərinin əhəmiyyəti, ümummilli liderimizin "bir millət iki dövlət" kəlamının mahiyyəti, əlaqələrimizdəki bu kimi mədəni tədbirlərin mühüm rolu, eləcə də iki ölkənin münasibətlərinin ümid vəd edən gələcəyindən söz açıb.

Daha sonra F.Bağırov Etimesqut Rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirələ təşəkkür plaketi təqdim edib. Ə.Dəmirəl də öz növbəsində, səfirə təşəkkür plaketi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti