Azərbaycan, Bakı, 5 fevral /Trend/
4 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Kempinski Hotel Badamdar mehmanxanasının Qəbələ zalında Gənclər Günü münasibətilə konsert proqramı təşkil olunub.
Fonddan Trend-ə verilən məlumata görə, konsertdə Azərbaycanda təhsil alan xarici tələbələr və qonaqlar üçün Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivinin ifasında tanınmış bəstəkarlar Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Alamiro Giampierinin, Rolf Lovlandın, Qriqoraş Dinikunun və başqalarının əsərləri səsləndirilib.