...

Uitni Hyustonun qızını öldürmək istəyirlər

Mədəniyyət Materials 10 Fevral 2015 18:18 (UTC +04:00)
ABŞ-ın tanınmış müğənnisi Uitni Hyustonun qızı 21 yaşlı Bobbi Kristina Braunun qohumları onun süni həyat aparatını bağlamaq istəyirlər.
Uitni Hyustonun qızını öldürmək istəyirlər

Azərbaycan, Bakı, 10 fevral /Trend/

ABŞ-ın tanınmış müğənnisi Uitni Hyustonun qızı 21 yaşlı Bobbi Kristina Braunun qohumları onun süni həyat aparatını bağlamaq istəyirlər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, qohumlar bunu müğənninin ölüm günündə, yəni fevralın 11-də etmək niyyətindədirlər.

Qızın qohumlarına belə addımı atmağa həkimlər məsləhət görüblər. Belə ki, qızın beyninin aktivliyi olduqca aşağıdır və onun sağalmasına heç bir ümid yoxdur.

Qeyd edək ki, Bobbi Kristina yanvarın 31-də evində huşsuz vəziyyətdə tapılmışdı. Onun bu vəziyyətə düşməsinin səbəbləri hələ də müəyyənləşdirilməyib.

Onun anası U.Hyuston isə üç il əvvəl narkotik qəbulundan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti