...

Çeçen yazıçı: "Avatar" plagiatdır

Mədəniyyət Materials 12 Mart 2015 21:30 (UTC +04:00)
Çeçenistan yazıçısı Ruslan Zakriyev “Avatar” filminin (2009-cu il) rejissoru Ceyms Kemeronu məhkəməyə vermək niyyətindədir.
Çeçen yazıçı: "Avatar" plagiatdır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Məftun Salmanov/

Çeçenistan yazıçısı Ruslan Zakriyev "Avatar" filminin (2009-cu il) rejissoru Ceyms Kemeronu məhkəməyə vermək niyyətindədir. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, yazıçı rejissoru plagiatlıqda ittiham edir.

R.Zakriyevin sözlərinə görə, film onun 1996-cı ildə yazdığı və 2002-ci ildə internetdə yaydığı "Gizli silah" romanı əsasında çəkilib: "Kemeron qazandığı 3 milyard dollardan bir milyard dolları bizə verməlidir".

C.Kemeron isə yazıçının məktublarına cavab olaraq yazıb: "Film üzərində 1994-cü ildən işləməyə başlamışam. Lakin texniki imkan olmadığından işi 10 il təxirə salmışam. Yazıçı məni plagiatlıqda ittiham edənlərin növbəsinə dayanmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti