...

Azərbaycan səfiri Poznan Musiqi Akademiyasına tar hədiyyə edib

Mədəniyyət Materials 1 Aprel 2015 21:17 (UTC +04:00)
2015-ci ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan Musiqisi Gününün keçirilməsi razılaşdırılıb.
Azərbaycan səfiri Poznan Musiqi Akademiyasına tar hədiyyə edib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Polşa əlaqələri tarixindən və Azərbaycan musiqi mədəniyyətindən danışılıb. H.Həsənov Azərbaycanın dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirdiyini, musiqimizin çoxəsrlik ənənələrinin olduğunu diqqətə çatdırıb.

Səfir Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edib.

Akademiyanın rektoru xanım H.Lorkovskaya hədiyyəyə görə təşəkkür edib və Azərbaycan tarının akademiyanın foyesində yerləşən musiqi alətləri sərgisində yer alacağını bildirib.

Görüşdə 2015-ci ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan Musiqisi Gününün keçirilməsi razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti