...

Lənkəran mətbəxini sevənlərin nəzərinə (FOTO)

Mədəniyyət Materials 7 Oktyabr 2015 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

"Lənkəran mətbəxi" adlı ensiklopedik kulinariya kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, müəllifi Xuraman Kərimova olan kitab Lənkəranın zəngin mətbəxindən, bu mətbəxin özünəməxsus yeməklərindən, onların hazırlanma qaydası və faydalılığından bəhs edir, eyni zamanda ətraf rayonlarda və ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində bişirilən yemək, şirniyyat və şorabaların hazırlanması qaydalarını əhatə edir. Kitabda müxtəlif növ yeməklərlə yanaşı, Lənkəranda daha çox hazırlanan mürəbbə, şoraba, şirə, içki, şirniyyat və ev şəraitində müxtəlif növ yeyəcəklərin hazırlanması haqqında da ətraflı məlumat var.

Bundan başqa, oxucular kitabda Lənkəran bölgəsində daha çox istifadə olunan müxtəlif növ məişət əşyaları ilə tanış olacaq, faydalı məsləhətlərdən yararlanacaqlar.

Kitab geniş oxucu kütləsi, xüsusilə cənub mətbəxini sevənlər üçün nəzərdə tutulub.

Kitabda 18 bölmə üzrə ümumilikdə 215 resept yer alıb. Eyni zamanda müxtəlif növ məişət əşyaları və onlardan istifadə qaydaları, faydalı məsləhətlər, əzaqların ölçüləri və saxlanması haqqında məlumatlar var.

176 səhifəlik şəkilli kitabı şəhərimizin kitab evlərindən də almaq olar: Akademiya Kitab Mərkəzi (Nizami adına Ədəbiyyat Muzeyinin altı), Prezdentin İşlər İdarəsinin Kitab Evi (Fəvvarələr meydanının yaxınlığı), Kitabevim.az kitab mağazası ("28 May" m/s, Dəmiryol xəstəxanasının yanı), "Zəka" kitab mağazası (Dilarə Əliyeva küç.), "Atribut" kitab mağazası (Ayna Sultanova heykəlinin yanı), "Təhsil" Kitab Evi (F.Xoyski küç., 128)

Qiyməti yalnız onlayn sifariş edənlər üçün 11.90 AZN-dir. Evlərə və iş yerlərinə çatdırılma PULSUZDUR.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti