...

Azərbaycan nəşrləri Almaniyada təbliğ olunacaq

Mədəniyyət Materials 9 Oktyabr 2015 11:10 (UTC +04:00)
Oktyabrın 14-18-də Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən nüfuzlu Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Azərbaycan nəşrləri Almaniyada təbliğ olunacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Elmir Murad/

Oktyabrın 14-18-də Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən nüfuzlu Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Mədəniyyət və Turizm Nazirliyi hər il xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərinin iştirakçısı olur, Azərbaycan nəşrlərini dünyada təmsil və təbliğ edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, beynəlxalq sərgilər sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə demək olar ki, bütün ölkələrdən iştirakçılar gəlir. İndiyə kimi bu sərgidə Nazirliyin xətti ilə ölkəmiz bir neçə dəfə təmsil olunmuş və hər zaman Azərbaycan stendi, Azərbaycan kitabları istər əcnəbilərin, istərsə də xaricdə yaşayan türkdilli xalqların geniş marağına səbəb olub.

Qeyd edək ki, keçiriləcək sərgidə 60 kv.m. ərazidə, xüsusi dizaynlı stendlə təmsil olunmağımız Prezident lham Əliyevin Sərəncamına əsasən "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı müvafiq tədbirin keçirilməsi, kitab və digər nəşr məhsullarının, Azərbaycan yazıçıları ilə görüşlərin, kitab təqdimatlarının təşkili mədəniyyətimizin təbliğatı baxımından uğurlu imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti