...

Sibel Canın möhtəşəm konserti möhtəşəmliyi ilə meydan oxuyan “Böyük Saray”-da

Mədəniyyət Materials 2 Noyabr 2015 11:01 (UTC +04:00)
Noyabrın 6-da Bakıda “Böyük Saray” elit restoran-konsert kompleksinin möhtəşəm açılış mərasimi keçiriləcəkdir.
Sibel Canın möhtəşəm konserti möhtəşəmliyi ilə meydan oxuyan “Böyük Saray”-da

Noyabrın 6-da Bakıda "Böyük Saray" elit restoran-konsert kompleksinin möhtəşəm açılış mərasimi keçiriləcəkdir.

Biz Şərq insanlarıyıq. Gözəllik, dəbdəbə və komforta olan məhəbbət bizim qanımızdadır. Şəhərimizdə olan çoxlu sayda dəbdəbəli restoran və konsert salonları da bunu bir daha sübut edir. Ona görə də bizim insanları təəcübləndirmək heç də asan iş deyil. Ancaq əgər Bakı əhli hansısa bir məkanı həqiqətən bəyənirsə demək, o, sözün əsl mənasında bənzərsizdir.

Əminik ki, adı belə iddialı olan "Böyük Saray" da belə sevimli məkanlardan biri olacaq və insanlar həyatlarının ən gözəl anlarını məhz burda keçirmək istəyəcəklər.

Elit restoran kompleksinin binası əsl sarayı xatırladır: iç məkanı olduğu kimi, kompleksin xarici görünüşü də dəbdəbəli klassik tərzdə yaradılıb. Müasirlik və ənənələr, ən yeni texnologiyalar və eleqant zövq burda bir-biri ilə vəhdət təşkil edir. Kompleks dövrün ən son standartlarına görə təchiz edilmişdir. Onun möhtəşəm səhnəsi isə sanki ən əsrarəngiz konsert və ifalar üçün qurulmuşdur. Bu bənzərsiz restoran -konsert kompleksi eyni anda 2000 nəfər qonağı rahatlıqla qəbul edə bilər.

Zənnimizcə, bu məkanın rəhbərliyi "Böyük Saray-da ən inanılmaz arzular gerçək olur" devizini əsas götürüblər. Bu səbədən də restoranın açılışının özü kimi dəbdəbəli və bənzərsiz olacağı artıq şübhə doğurmur. Təsadüfi deyil ki, "Böyük Saray"-ın möhtəşəm açılışı Türkiyə səhnəsinin ən parlaq ulduzlarından biri- Sibel Cana həvalə olunub. Öz vətənində olduğu kimi ölkəmizdə də sonsuz rəğbət görən və sevilən Sibel Can məxsusi bu açılış üçün tam yeni proqram hazırlayıb. 6 noyabrda "Böyük Saray"-ın açılışına toplanan bütün tamaçılar bu gözəl konsert proqramının şahidi olacaq və sarayın dəbdəbəsindən zövq alacaqlar.

Qeyd edək ki, məşhur Türk ulduzu Sibel Canın konsertinə biletləri "Böyük Saray"-dan əldə edə bilərsiz.

Ünvan: Mikayıl Əliyev küç.20\41. Ətraflı məlumat üçün 050 991 11 11və 077 761 11 11 telefonlarından almaq mümkündür.

Tələsin, bu sarayda sizi böyük sürprizlər gözləyir.

İnformasiya dəstəyi: Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti