...

Türkan Şoray və qızı Bakıda film təqdim etdilər (FOTO)

Mədəniyyət Materials 10 Dekabr 2015 13:27 (UTC +04:00)
Türkiyənin ən məşhur və gözəl aktrisalarından biri Türkan Şoray Bakıya gəlib.
Türkan Şoray və qızı Bakıda film təqdim etdilər (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Türkiyənin ən məşhur və gözəl aktrisalarından biri Türkan Şoray Bakıya gəlib.
Trend-in məlumatına görə, kino ulduzu rejissoru olduğu "Uzaqlarda axtarma" filminin nümayişinə həsr edilmiş təntənəli qala-gecədə iştirak edib.

Onunla birlikdə Bakıya aktrisanın qızı, filmdə əsas rollardan birinin ifaçısı Yağmur Ünal da gəlib.

T.Şoray həm pərəstişkarlarının, həm də KİV nümayəndələrinin böyük diqqətilə qarşılaşıb.
Aktrisa jurnalistlərə deyib: "Bakıda mənə böyük hörmətlə yanaşırlar. Ümid edirəm ki, film xoşunuza gələcək. Mən filmdə qızım qarşısında sərt tələblər qoymuşdum, çünki çəkiliş meydançasında ana deyil, rejissoram".

Y.Ünal isə bildirib ki, Bakıya gəlməkdən və filmi nümayiş etdirməkdən böyük məmnunluq hissi keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti