...

Teleseriallar bizə nə verdi?

Mədəniyyət Materials 9 Yanvar 2016 12:59 (UTC +04:00)
Azərbaycanda milli teleserialların çəkilişinə başlanıldıqdan sonra televiziya məkanı teleseriallarla bağlı durğunluqdan çıxa bildi.
Teleseriallar bizə nə verdi?

Bakı. Trend:

Azərbaycanda milli teleserialların çəkilişinə başlanıldıqdan sonra televiziya məkanı teleseriallarla bağlı durğunluqdan çıxa bildi. Bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva milli teleserialların əhəmiyyətindən danışarkən deyib.

J.Əliyeva bildirib ki, əgər 10 il bundan əvvəl teleserial anlayışı bizim üçün bayağı, əlçatmaz bir sənət nümunəsi idisə, milli teleserialların çəkilişinə başlanıldıqdan sonra bu anlayış dəyişdi və bu sahədə irəliləyiş oldu: "Amma təbii ki, bu sahədə təcrübəmiz azdır. Düzdür, dünya səviyyəli film rejissorlarımız var, amma teleseriallar başqa bir sahədir. Ümid edirəm ki, Azərbaycanda gələcəkdə bu sahədə daha yaxşı təcrübə formalaşacaq".

Millət vəkili qeyd edib ki, bəzən teleseriallara qeyri-ciddi sənət nümunəsi kimi baxırlar: "Amma əhalinin bütün təbəqələrini düşünmək lazımdır. Cəmiyyət milli teleserialları daim izləyir. Əgər bütün dünyada bu tendensiya varsa, bizdə niyə olmasın?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti