...

Azərbaycan Beynəlxalq Hekayə Festivalında

Mədəniyyət Materials 17 Fevral 2016 19:11 (UTC +04:00)
16-20 fevral tarixində İstanbulda təşkil edilən Beynəlxalq Hekayə Festivalı 2500 gənc müəllif hekayəsi arasından seçilən ədəbi nümunələrin müsabiqə əsasında qiymətləndirilməsini həyata keçirir.
Azərbaycan Beynəlxalq Hekayə Festivalında

Bakı. Trend:

16-20 fevral tarixində İstanbulda təşkil edilən Beynəlxalq Hekayə Festivalı 2500 gənc müəllif hekayəsi arasından seçilən ədəbi nümunələrin müsabiqə əsasında qiymətləndirilməsini həyata keçirir.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, festivalda fəxri qonaq qismində iştirak edən tanınmış dünya yazarları arasında Azərbaycanı yazıçı Afaq Məsud təmsil edir.

Tədbirin İstanbulun Beynəlxalq Kültür Mərkəzində baş tutan açılış mərasimində çıxış edən A.Məsud ədəbiyyatın xalqlar və ölkələrarası qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb.

Fevralın 17-də İstanbulun İhsan Mərmərci Anadolu Liseyində təşkil edilmiş "Öykü okulu" tədbirində yazıçının türk dilində "Sərçələr" hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya keçirilib.

Tədbir çərçivəsində proqram İstanbul Kültür Mərkəzində "Öykü okumaları", "Əsl hekayə bundan sonra başlayır", "Müasir dövrdə hekayənin rolu" adlı panellərdə məruzələr və müzakirələrlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti