...

“Əsrlərdən gələn sənətimiz” adlı əl işləri sərgisi keçiriləcək

Mədəniyyət Materials 12 Mart 2016 11:50 (UTC +04:00)

Bakı. Trend:

Bakıda "Əsrlərdən gələn sənətimiz" adlı əl işləri sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin və PAŞA Bank ASC dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi "Əsrlərdən gələn sənətimiz" layihəsi çərçivəsində martın 16-da sənətkarların əl işləri sərgisinin təşkili planlaşdırılıb. Sərgidə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən sənətkarların hazırladıqları əl işlərinin nümayişi və satışı həyata keçiriləcək.

Layihənin əsas məqsədi itirilməkdə olan bədii sənətlərin dirçəldilməsi, gənclərin sənətkarlığa marağının artırılması, milli dəyərlərin saxlanması və qorunması, regionlarda bədii sənət növləri üzrə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Eyni zamanda sənətkarlıq sahələri üzrə kiçik və orta sahibkarlığın inkişafına nail olmaqla ictimaiyyətin diqqətini yerli məhsullara cəlb etməkdir.

Sərgidə Gəncə, Şəki, İsmayıllı, Lənkəran, Quba və Qəbələ regionlarında metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, xalçaçılıq, zərgərlik, dulusçuluq, çəkməçilik və papaqçılıq sahələrində fəaliyyət göstərən 20-ə yaxın sənətkarın 400-dən çox əl işləri nümayiş olunacaq.

Tədbirin açılış mərasiminin 16 mart 2016-cı il tarixində, saat 12:00- da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti