...

Ordumuzun qazandığı uğurlardan ruh yüksəkliyi yaşayan bəstəkarlarımızın bəyanatı

Mədəniyyət Materials 6 Aprel 2016 18:03 (UTC +04:00)
Son günlər cəbhədə Ordumuzun qazandığı uğurlardan ruh yüksəkliyi yaşayan bəstəkarlarımız bu münasibətlə bəyanat qəbul ediblər.
Ordumuzun qazandığı uğurlardan ruh yüksəkliyi yaşayan bəstəkarlarımızın bəyanatı

Bakı. Trend:

Son günlər cəbhədə Ordumuzun qazandığı uğurlardan ruh yüksəkliyi yaşayan bəstəkarlarımız bu münasibətlə bəyanat qəbul ediblər. Trend-in məlumatına görə, bəyanatda deyilir: "Azərbaycan bəstəkarları və musiqişünasları əsgərlərimizin Qarabağ cəbhəsində qazandıqları qələbələr haqqındakı sevinc dolu xəbərləri böyük ruh yüksəkliyi ilə qarşıladılar. Erməni işğalçılarına layiq olduqları cavabı verməklə Azərbaycan ordusu yüksək əhval ruhiyyədə olduğunu və öz doğma yurduna sevgisini bir daha sübut elədi.

Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an da belə olsa fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duygularını tərənnüm edən əsərlər yaradıblar.

Bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan tutumuş mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.

Vasif Adıgözlovun "Natəvan", Firəngiz Əlizadənin "İntizar" operalarını, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları, Azər Rzayev, Tofiq Bakixanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoiya və simfonik poemaları, o cümlədən Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Sərdar Fərəcov, Azad Zahid, Elza Seidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal olaraq göstərmək olar.

Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu olduğnunu hesab edir və bəyan edir ki,

istənilən vaxt istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti