...

Leonardo di Kaprio rəfiqəsi ilə avtomobil qəzasına düşüb

Mədəniyyət Materials 22 Avqust 2016 11:44 (UTC +04:00)
"Holliwood" ulduzu Leonardo Di Kaprio və onun rəfiqəsi Nina Agdal Nyu-Yorkda avtomobil qəzasına düşüblər.
Leonardo di Kaprio rəfiqəsi ilə avtomobil qəzasına düşüb

Bakı. Elçin Hüseynov - Trend:

"Holliwood" ulduzu Leonardo Di Kaprio və onun rəfiqəsi Nina Agdal Nyu-Yorkda avtomobil qəzasına düşüblər. Bu barədə Trend "New York Post" qəzetinə istinadən xəbər verir.

Qəza şənbə günü axşam baş verib. Ulduza aid "Range Rover" qadın tərəfindən idarə edilən "Mini Cooper" avtomobili ilə toqquşub. Nəticədə xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, qəzanın səbəbkarı "Mini Cooper" olub. Leonardo Di Kaprionun avtomobili zədə almayıb, "Mini Cooper"in ön hissəsi isə əzilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti