...

“YARAT Friends” platforması mövsümü açdı (FOTO)

Mədəniyyət Materials 27 Avqust 2016 12:35 (UTC +04:00)
“YARAT Friends” yay fəslinə yekun vuran musiqili tədbiri ilə, proqramın yeni mövsümünü açıq elan edir.
“YARAT Friends” platforması mövsümü açdı (FOTO)

Bakı. Trend:

Müasir incəsənət sevərləri bir araya yığan, YARAT Müasir İncənəsət məkanının nəzdində fəaliyyət göstərən “YARAT Friends” üzvlük platforması bu dəfə avqust 26-da bulvarın ən cazibədar, yeni məkanlarından olan "Mayak" restoranında öz üzvlərini yay fəslinə yekun vuran musiqili tədbiri ilə proqramın yeni mövsümünü açıq elan edir.

Trend-in məlumatına görə, tədbir zamanı fəaliyyətdə olduğu qısa bir vaxt ərzində müasir incəsənət vurğunları üçün həyata keçirdiyi bir sıra tədbirləri ilə yadda qalan platforma, bundan sonrakı fəaliyyət istiqaməti, cəmiyyətin bütün kateqoriyalarına fokuslanmış yeni proqram strategiyası və bir sıra yeni imkanları təqdim edir.

Sentyabr ayından daha sürətli və geniş müstəvidə fəaliyyət göstərəcək proqram incəsənətə həvəsi olan və onu dəstəkləmək istəyən korporativlər və fərdlər üçün platformanın üzvü olmaq və tədbirlərdə daha da yaxından iştirak etmək imkanı yaradır.

Tədbirin təşəbbüskarı təşkilatın PR şöbəsinin və “YARAT Friends” platformasının rəhbəri Hökümə Kərimovanın fikrincə, gecənin təşkil olunmasında məqsəd platforma üzvlərinin cəmiyyətimizə birgə faydalı töhfə vermək, bununla da müasir incəsənət anlayışının daha geniş kütləyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdır.

Tədbirin bədii proqramı "YARAT Friends" platformasının aktiv üzvü Sevinc Ağasıyeva tərəfindən hazırlanıb. Təşkil olunan gecə məşhur aparıcı və platformanın üzvü Hüsniyyə Məhərrəmli tərəfindən həyata keçirilir. Tədbirin rəsmi media tərəfdaşı plarformanın digər aktiv üzvü Lala Mirzoyeva, "Zuleykha" Müasir Qadın Jurnalıdır.

“YARAT FRIENDS” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal bir platforma olub, məqsədi müasir incəsənət anlayışının daha geniş kütləyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdır. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə əksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi “İncəsənətlə Səyahət” (Art Travel) proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir. “Friends of Yarat” icmasının üzvü olmaqla siz müasir incəsənət barədə biliklərinizi artırmaq, müasir incəsənətin inkişafına öz töhfənizi vermək və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə edəcəksiniz.

YARAT Friends platformasına üzv olmaq istəyən hər kəs [email protected] ünvanı ilə, yaxud YARAT mərkəzi ilə əlaqə saxlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti