Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun görkəmli yazıçı-dramaturq Afaq Məsudun ədəbi irsini araşdıran “Afaq Məsud dünyası” kitabı işıq üzü görüb.
Yazıçının nəsr və dramaturgiyasının təhlilini, əsərlərindən, müsahibə və məqalələrindən seçilən sitatlar üzrə araşdıran kitab üç hissədən ibarətdir: “Afaq Məsudun hekayə dünyası”, “Afaq Məsudun roman dünyası” və “Afaq Məsudun dramaturgiya dünyası”. Yazıçının müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər əsərdə ustalıqla araşdırılır.