Bakı. Trend:
Bakıda “Art Scarves by Menzer Hajiyeva” brendinin təsisçisi olan azərbaycanlı dizayner Mənzər Hacıyevanın yeni şərf kolleksiyasının təqdimatı keçiriləcək.
Tədbir yalnız əl əməyi ilə (əl işi bu içkinin istehsalının hər mərhələsində yer alır) hazırlanmış “The Balvenie” məhşur şotland viski brendinin dəstəyi ilə həyata keçiriləcək.
Tədbirdə toy mövzusundan ilhamlanmış dizaynerin 15-dək işinin daxil olduğu 2017-ci ilin yaz-yay mövsümünün yeni kolleksiyası nümayiş olunacaq. Kolleksiyada yer almış möhtəşəm güllər şəklində çaplar və nazik krujevalar əbədi gözəlliyin və səmimi hisslərin simvolları oldu, şərfların zərif rəng palitrası isə romantik əhvalı əks etdirir. Ümumilikdə, Mənzər Hacıyevanın art-şərf konsepti incəsənəti, modanı və yaradıcılığı özündə birləşdirir.
Dizaynerin məhsulları əl ilə Azərbaycanda, həmçinin İtaliya, Fransa, Böyük Britaniya və Nepalda hazırlanır. Mənzər öz işlərində təbii parçalardan – ipək, yun, kişmir və pambıq, eyni zamanda müxtəli ornamentli müəllif trafaretlərindən istifadə edir.
Mənzər Hacıyeva bildirib: “Bütün dünyada dəb həftələri keçirildiyi bir vaxtda biz yaz-yay 2017 kolleksiyasını təqdim edirik. Bu mövsümdə sənət sərgisi formatını üstün tutduq və təqdimatı qalereyada keçirməyə qərara gəldik, çünki “Menzer Hajiyeva” brendinin konsepsiyası – mədəniyyət və dəbi özündə birləşdirir. Hər təqdim olunmuş məhsul çərçivədə yerləşdiriləcək və beləliklə, kətan üzərində işlənmiş rəsm və əl işlərinin bir parçası olan ipək şərf arasında əlaqə vurğulanacaq. Tədbir bütün dünyada müxtəlif ənənələr və sənətkarların əl əməyini yüksək qiymətləndirən ”The Balvenie” şotland viski brendi tərəfindən dəstəklənir. Əməyimizin yüksək qiymətləndirilməsi, yeni kolleksiyanın nümayişinin dəstəyi və ümumilikdə ölkəmizdə əl işlərinin inkişafına göstərdiyi dəstəyə görə ”The Balvenie” brendinə təşəkkürümüzü bildirmək istərdik”.
“The Balvenie”nin brend səfiri Dmitri Çerkaşın isə bildirib: “Bildiyimə görə, Mənzər Hacıyeva öz yenilikləri ilə məşhurdur, bu isə bizim brendin ruhuna yaxındır. Şadam ki, “The Balvenie” brendi sözügedən dizaynerin hazırladığı şərflərin yeni kolleksiyasının nümayişinin təşkilatçısı kimi çıxış edir. Bakının unikal məkanlarından biri olan Xalça Müzeyində keçiriləcək tədbir çərçivəsində qonaqlar yeni şərf və kəlağayı kolleksiyası ilə tanış olub ”The Balvenie” viskisindən zövq ala biləcəklər”.
Tədbir iştirakçıları 12 illik “The Balvenie DoubleWood” viskisinin dadına baxmaq imkanı əldə edəcəklər.
Təqdimat sentyabrın 30-da saat 20:00-da Azərbaycan Xalça Muzeyində keçiriləcək.
“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.