...

Bakıda yeni şərf kolleksiyasının təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 4 Oktyabr 2016 15:46 (UTC +04:00)
Bakıda “Art Scarves by Menzer Hajiyeva” brendinin təsisçisi olan azərbaycanlı dizayner Mənzər Hacıyevanın yeni şərf kolleksiyasının təqdimatı keçirilib.
Bakıda yeni şərf kolleksiyasının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda “Art Scarves by Menzer Hajiyeva” brendinin təsisçisi olan azərbaycanlı dizayner Mənzər Hacıyevanın yeni şərf kolleksiyasının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbir yalnız əl ilə (əl işi bu içkinin istehsalının hər mərhəlləsində yer alır) hazırlanmış “The Balvenie” məhşur şotland viski brendinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə toy mövzusundan ilhamlanmış dizaynerin 15-dək əl işi daxil olmuş 2017-ci ilin yaz-yay mövsümünün yeni kolleksiyası nümayiş olunub. Hər təqdim olunmuş məhsul çərçivədə yerləşdirilib ki, bununla da kətan üzərində işlənmiş rəsm və əl işlərinin bir parçası olan ipək şərf arasında əlaqə vurğulanıb. Kolleksiyada yer almış möhtəşəm güllər şəklində çaplar və nazik krujevalar əbədi gözəlliyin və səmimi hisslərin simvolları oldu, şərfların zərif rəng palitrası isə romantik əhvalı əks etdirir. Ümumilikdə, Mənzər Hacıyevanın art-şərf konsepti incəsənəti, modanı və yaradıcılığı özündə birləşdirir.

Mənzər Hacıyeva bildirib: "Tədbir rahat və zərif bir mühitdə keçdi. Təqdimata təşrif buyurmuş qonaqlardan pozitiv əhval-ruhiyyə əldə etdik ki, onların sırasında həm köhnə, həm də yeni tanışlarımız yer almışdı. Qalereyaları sevdiyimdən tədbirin keçirildiyi məkan olduqca xoşuma gəldi, və Azərbaycan Xalça Muzeyi də mənim ən sevimli yerlərimdənbirinə çevrilməyə müvəffəq olub. Krujevalı şərflər və bizim “Spring-Summer 2017” foto-sessiyamız tədbir iştirakçılarının ürəyincə oldu. Tədbir bütün dünyada müxtəlif ənənələr və sənətkarların əl əməyini yüksək qiymətləndirən ”The Balvenie” şotland viski brendi tərəfindən dəstəklənir. Əməyimizin yüksək qiymətləndirilməsi, yeni kolleksiyanın nümayişinin dəstəyi və ümumilikdə ölkəmizdə əl işlərinin inkişafına göstərdiyi dəstəyə görə ”The Balvenie” brendinə təşəkkürümüzü bildirmək istərdik".

Qeyd edək ki, dizaynerin məhsulları əl ilə Azərbaycanda, həmçinin İtaliya, Fransa, Böyük Britaniya və Nepalda hazırlanır. Mənzər öz işlərində təbii parçalardan – ipək, yun, kişmir və pambıq, eyni zamanda müxtəli ornamentli müəllif trafaretlərindən istifadə edir.

Azərbacyan Xalça Muzeyində təşkil olunmuş tədbir çərçivəsində qonaqlar 12 illik “The Balvenie DoubleWood” viskisindən zövq ala bilib.

“Əsrlər boyunca “The Balvenie” inanır ki, mükəmməl keyfiyyət nəticəsinə əşyaları yalnız əl ilə hazırlayaraq çatmaq mümkündür. Mexaniki maşın zəhməti ilə hazırlanan istənilən bir şey özünün surətini yaradır və siz yeni və daha mükəmməl məhsul əldə edə bilməyəcəksiniz. Yalnız uzun illərin təcrübəsinə malik olan və öz sənətinə əsl sevgi və həvəslə yanaşan ustalar ötən günə nisbətən mükəmməl şeylər hazırlamağa qadirdir. Mənzərin əl işləri onun öz sənətinə nə qədər sevgi bəslədiyini bir daha sübüt edir. Şadam ki, “The Balvenie” brendi sözügedən dizaynerin hazırladığı şərflərin yeni kolleksiyasının nümayişinin təşkilatçısı qismində çıxış edib”, - deyə “The Balvenie”nin brend səfiri Dmitri Çerkaşın bildirib.

“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti