...

"Jili-bıli" Bakıya gəlir (FOTO)

Mədəniyyət Materials 3 Aprel 2017 23:10 (UTC +04:00)
Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır
"Jili-bıli" Bakıya gəlir (FOTO)

Bakı. Trend:

Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır.

Trend-in teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) aprel ayının 7-dən – 9-dək teatrımıza qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.

Qastrol tamaşasında Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası ilə RF-yə səfər edərək adıçəkilən teatrın qonağı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti