...

“Hökm­da­rın ta­le­yi” fil­mi­ Batumidə gürcü dilində nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 31 May 2017 18:34 (UTC +04:00)
İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökm­da­rın ta­le­yi” fil­mi­ gürcü dilində “APOLLO” kinoteatrında nümayiş olunub.
“Hökm­da­rın ta­le­yi” fil­mi­ Batumidə gürcü dilində nümayiş olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Batumidəki Baş Konsulluğunun və “MEDİAGROUP ADJARA P.S.”-in dəstəyi ilə Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıcısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökm­da­rın ta­le­yi” fil­mi­ gürcü dilində “APOLLO” kinoteatrında nümayiş olunub.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov, qonaqları salamladıqdan sonra, filmin böyük əhəmiyyətindən söz açaraq onun tamaşamılar tərəfindən böyük maraq doğuracağına əmin olduğunu qeyd edib.

Baş konsul bildirib ki, İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib və “Hökm­da­rın ta­le­yi” fil­mi­ də Ümummilli lider Heydər Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamına müvafiq olaraq çəkilib.

Yazıçının nəvəsi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək İlyas Əfəndiyevin əsərlərinin Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən bəhs edib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığına böyük qiymət verib. 2014-cü ilin yanvarında İlyas Əfəndiyevin 100 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.

Film barədə danışan G.Əfəndiyeva deyib ki, filmdə cərəyan edən hadisələr, Azər­bay­can ta­ri­xi­nin mü­rək­kəb döv­rlərindənbirini əha­tə edir. Qonaq bir daha bu filmin tamaşaçılar arasında boyuk maraq doğuracağına əmin oldugunu bildirib.

“Mediaqrup ADJARA P.S.”-in rəhbəri Cemal Meqrelidze çıxış edərək Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığından, ictimai-siyasi, mədəni əlaqələrindən danışıb. Azərbaycan ədiblərinin əsərlərinin, teatr tamaşalarının və filmlərin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının mədəni əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aydın Həsənov, Acarıstan Muxtar Respublikasının dövlət rəsmiləri, Batumidə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Batumi Dövlət Universitetinin tələbələri, "SOCAR" şirkətinin rəhbər heyəti və əməkdaşları, Batumidəki icmaların rəhbərləri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bö­yük dra­ma­turq İlyas Əfəndiyevin “Hökmdar və qı­zı” fa­ciə­li pye­si­nin mo­tiv­lə­ri əsa­sın­da çə­ki­lən fil­min sse­na­ri mü­əl­li­fi Xalq ya­zı­çısı Elçindir. “Hökm­dar və qı­zı” fil­mi­nin musi­qi­si Po­lad Bül­bü­loğ­lu­na məx­sus­dur.

Filmin rejissoru Ramiz Fətəliyevdir. Filmdə əsas rolları Fəxrəddin Manafov, Günəş Əliyeva, Pərviz Məmmədrzayev, İlya Şakunova və başqaları ifa edirlər.

Xəbər lenti

Xəbər lenti