...

Azərbaycan güləşçilərinin reytinq cədvəli açıqlandı

İdman Materials 1 Fevral 2026 12:52 (UTC +04:00)
Azərbaycan güləşçilərinin reytinq cədvəli açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan güləşçilərinin 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.

Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.

Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti