Sofiyada "Əzəmət nümunələri-Azərbaycan xalq sənəti" sərgisi açılıb (FOTO)

Sofiyada "Əzəmət nümunələri-Azərbaycan xalq sənəti" sərgisi açılıb (FOTO)

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti, incəsənətini əks etdirən müxtəlif çeşidli (təqribən 57 ədəd) eksponatlar – zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və s. maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.

Sərgidə Bolqarıstanın Prezident Administrasiyası, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak ediblər.

Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru P.Xristov bu cür tədbirlərin keçirilməsinin ölkələr arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşlarına təşəkkürünü bildirib. Sərginin təqdim olunan əsərlərin Azərbaycan sənətkarlarının yüksək ustalığını nümayiş etdirdiyini və Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olduğunu söyləyib.

Səfir N.Qurbanova sözügedən sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib. Səfir sərginin ölkəmizin bolqar və xarici dostları üçün Azərbaycanın zəngin mədəni irsindən zövq almağa imkan yaradacağını qeyd edib. O, bəşəriyyətin qədim məskənlərindən Azərbaycanın coğrafi mövqeyinə görə mühüm tarixi hadisələrin qaynağında olduğunu əlavə edib. Diplomat bir sıra karvan yollarının, xüsusilə Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçdiyini vurğulayıb.

Təbii sərvətləri kimi, Azərbaycanın xalq yaradıcılığının çox çalarlı olduğunu qeyd edən N.Qurbanova onun insanların gündəlik həyatı ilə bağlı olduğunu söyləyib. Səfir xalq yaradıcılığımızın geyim və zərgərlikdən tutmuş məişət əşyaları və silahlara qədər öz zənginliyi ilə hər zaman fərqləndiyini, Naxçıvan, Mingəçevir, Gədəbəy, Gəncə və digər bölgələrimizdə aşkar olunan sənət nümunələrinin 5000 ildən artıq yaşı olduğunu qeyd edib. O deyib ki, müxtəlif qab-qacaq, silah və bəzək əşyaları təkcə tarixi dəyər daşımır, həm də onları hazırlayan ustaların məharətindən xəbər verir.

N.Qurbanova sərginin təşkilatçılarından olan Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə yaradıldığını və dünyada xalça üzrə ixtisaslaşmış ilk muzey olduğunu diqqətə çatdırıb. 2014-cü ildən etibarən muzeyin yeni binasının bükülmüş xalça formasında olduğunu söyləyən səfir muzeyin təşəbbüskarının Azərbaycan xalçaları üzrə fundamental əsərlərin müəllifi olan xalçaçı-alim Lətif Kərimov olduğunu qeyd edib. Mövcud olduğu 50 il ərzində muzey tərəfindən dünyanın müxtəlif ölkələrində 30-dan artıq sərgi təşkil olunduğunu, bu gün muzeyin təkcə sənət əsərləri və xalçalardan ibarət kolleksiya olmayıb, eyni zamanda ənənəvi xalçaçılıq sənəti üzrə tədqiqat mərkəzi olaraq fəaliyyət göstərdiyini əlavə edib.

Səfir Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunduğunu, eləcə də bu sərgidə təqdim olunan əsərlərin bir çox ölkələrdə sərgiləndiyini əlavə edib. Bütün bunların aysberqin görünən tərəfi olduğunu vurğulayan səfir iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfər etməyə dəvət edib.

Sərgidə həmçinin, Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən video-çarx nümayiş olunub və ziyarətçilərə “Avropa 2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim olunub. Açılış mərasimindən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olunub.

Sərgi iyul ayının 30-dək davam edəcək.

Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Loading Bars
Xəbər lenti
Füzuli Beynəlxalq Hava Limanı Qarabağın çiçəklənməsi üçün lazım olan investisiyaların cəlb edilməsinə kömək edə bilər - Metyu Brayza
Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb
Yaponiya əcnəbi tələbələrin mühüm texnologiyalara çıxışını məhdudlaşdıracaq
Çinin BMT-dəki nümayəndəsi yaşıl iqtisadiyyatа keçidi sürətləndirməyə çağırıb
Bəhreyn 3-11 yaşlı uşaqlar üçün Sinopharm vaksinini təsdiqləyib
ABŞ prezidenti çinli həmkarı ilə görüşü vacib hesab edir
İran və Pakistan XİN rəhbərləri Əfaqanıstandakı vəziyyəti müzakirə ediblər
ABŞ rəsmi Pxenyanı düşmən niyyətlərinin olmadığına əmin edib
Belçika COVİD-19-a qarşı tədbirləri sərtləşdirib
Avropa İttifaqının energetika nazirləri enerji daşıyıcılarının qiymət artımını müzakirə ediblər
Facebook səhmləri 4%-dək ucuzlaşıb
İŞİD-in hücumu nəticəsində İraqın şimalında azı 12 nəfər həlak olub
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk etdi
ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar
Gürcüstan sularında Çin bayrağı altında üzən gəmi cərimələnib
Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq - Yalçın Topçu
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
Çində 4 milyonluq şəhər karantinə alındı
Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Bütün xəbərlər