...

“Cəza” monotamaşasının premyerası nümayiş olunacaq

Mədəniyyət Materials 27 Sentyabr 2017 18:16 (UTC +04:00)
Sentyabrın 29-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq.

Bakı. Trend:

Sentyabrın 29-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq.

Teatrdan Trend-ə verilən məlumata görə, “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu əməkdar artist Kəmalə Hüseynova ifa edir. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Diqqətinizə çatdırmaq istərdik ki, tamaşa sentyabr ayının 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil etmişdi. Aktrisa K.Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti