Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin ən möhtəşəm layihələrindən olan “Muğam axşamları” uzun müddətdir ki, muğamsevərlərin könlünü oxşayır.
Trend-in məlumatına görə, noyabrin 1-də istedadlı xanəndələr Məmməd Nəcəfov, Gülnar Qüdrətli və Nisbət Sədrayevanin ifasında “Orta Mahur” və “Rahab” muğamları səslənəcək. Xanəndələri əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental ansamblı müşayiət edəcək. Ansamblın heyətinə əməkdar artist Toğrul Əsədullayev (kamança), Çinarə Heydərova (qanun), Şəfa Kərimov(ud), Azad Əliməmmədov(balaban), Emin Cəbrayilov(nağara) daxildir.
Yeni mövsümdə, dekabrın 27-nə qədər davam edən “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Qacar”, ”Şahnaz”(15 noyabr),”Qatar”, ”Dəşti”, ”Mirzə Hüseyn Segahı”(29 noyabr),”Xaric Segah”(6 dekabr) muğamları, ”Heyratı”,”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”(13 dekabr), ”Ovşarı”, ”Arazbarı” (27 dekabr) zərb muğamları ifa olunacaq.
İnformasiya dəstəyi – “Mədəniyyət” kanalı, Azərbaycan radiosu, AZƏRTAC, ”Baku” jurnalı, Trend.Az, Day.Az, Milli.Az.
Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.