...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 14 Dekabr 2017 22:02 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, poeziyasevərlər jurnalın bu sayında Barat Vüsal, Ramiz Rövşən, Ağacəfər Həsənli, Valeh Bbahaduroğlu, Xəyal Rza, Rəfiqə Şəms, Nazim, Zahid Avşar Eloğlu, Böyüş Yaquboğlu, Qəşəm Nəcəfzadə, Mir Sabir, Vaqif İsaqoğlu kimi müəlliflərin şeirləri ilə tanış ola bilərlər.

"Azərbaycan" jurnalında həmçinin Əli Əmirlinin "Ah, bu uzun sevda yolu (iki hissəli tale drami), Qan Tturalının "Qabaqda gedən zəncirli (dəlilər üçün mərəkə)" əsərləri işıq üzü görüb.

Jurnalın Azərbaycan Xalq cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bölümündə Bədirxan Əhmədlinin "Cümhuriyyətin üçlü formulu..." (sonu) dərc olunub.

Qonaq otağı rubrikasında Fuad Vəliyevin “Nikbin olmaq istəyirəm...” yazısı, eyni zamanda İlham Rəhimlinin "Dahiliyin zirvəsi", Qurban Bayramovun "Öz yaradiciliq iqlimi olan yazıçı" "Yusif Həsənbəyin 85 yaşı münasibətilə), Günay Qarayevanın "Uşaqlar üçün yazmağın məsuliyyəti" kimi yer alıb.

Təranə Vahidin "Qripin olmadığı yer, Vüqar Haqverdiyevin "Sehirli tütək", "Uçan fincanlar " hekayələri də oxuclara təqdim edilir.

Jurnalın tənqid və ədəbiyyatşünaslıq hissəsində Elçin "Söz azadliği tənqidimizə nə verib?", Vaqif Yusifli "Üç hekayəçi" ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti