...

Gənc Tamaşaçılar Teatrı Gürcüstan teatrının yubiley tədbirlərinə qatılacaq

Mədəniyyət Materials 11 Aprel 2018 00:11 (UTC +04:00)
İlham Əsədov silsilə yubiley tədbirlərində teatrı təmsil edəcək.
Gənc Tamaşaçılar Teatrı Gürcüstan teatrının yubiley tədbirlərinə qatılacaq

Bakı. Trend:

Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel ayının 13-dən 19-dək Gürcüstana ezam olunacaq.

Gənc Tamaşaçılar Teatrından Trend-ə verilən məlumata görə, aktyor silsilə yubiley tədbirlərində teatrı təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar incəsənət xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı danışıqlar nəticəsində ADGTT dünya teatrları ilə yanaşı qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq əlaqəsindədir və əlaqələr uğurla davam etdirilməkdədir. Qarşılıqlı əlaqələrə əsasən ötən il may ayının 19-dan 22-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı Bakıda – ADGTT-nin qonağı olaraq L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşasını nümayiş etdiriblər. ADGTT öz növbəsində ötən ilin aprel ayında Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının səhnəsində “Qarşılıqlı qastrol səfərləri” haqqında müvafiq müqaviləyə əsasən Pərvinin “Dəcəl keçi” tamaşası ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti