...

Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

Mədəniyyət Materials 15 May 2018 22:38 (UTC +04:00)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət müsabiqəsi elan edir.
Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsi elan edir.

Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək, rəssamları dənizçilərin fədakar əməyi ilə dərindən tanış olmağa stimullaşdırmaq, gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etdirməkdir.

Müsabiqəyə 17-35 yaş arasında olan şəxslər müraciət edə bilərlər. Təqim olunan rəsm əsəri böyük hissədə minimum 50 santimetrdən az olmamalıdır. Müsabiqə üçün işlər 20 may 2018-ci ildən 20 avqust tarixinədək təqdim olunmalıdır. Müsabiqə üçün əsərlərin elektron variantda fotoşəkli mütləqdir. Bundan başqa, əsərlərin fotoşəkillərini çəkərkən paspartu və çərçivədən istifadə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti