Bakı. Trend:
Azərbaycan Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.
Komitədən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən ailənin üzvü ev kitabxanasının fotoşəklini çəkib 30 avqust 2018-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilər.
Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.
Müsabiqənin şərtləri:
- Fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır.
- Fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir.
- Hər ailə müsabiqəyə iki foto təqdim edə bilər.
- Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcək.
Qeyd. Bu məqsədlə Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.
Əlavə məlumat üçün:
- (012) 539 11 91 (Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu)
- (012) 493 79 62 (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi)