...

Qəbələdə “Tarixin canlı səhifələri” Vl Gənclər festivalı keçiriləcək

Mədəniyyət Materials 5 İyun 2018 12:54 (UTC +04:00)
Sabah Qəbələ rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr edilən “Tarixin canlı səhifələri” Vl Gənclər festivalı keçiriləcək.
Qəbələdə “Tarixin canlı səhifələri” Vl Gənclər festivalı keçiriləcək

Bakı. Trend:

Sabah Qəbələ rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr edilən “Tarixin canlı səhifələri” Vl Gənclər festivalı keçiriləcək.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “Tarixin canlı səhifələri” adlı festival, 2016-cı ildən Dövlət Sərhəd Xidməti ilə gerçəkləşdirilir.

Festivalın keçirilməsində məqsəd, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Festivalda Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanmış tamaşada nümayiş olunacaq.

Bu il təşkil edilən festivala Dövlət Sərhəd Xidməti ilə birgə Qəbələ rayon İcra hakimiyyəti dəstək verib. Festivalda Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrlarının aktyorları ilə birgə Şəki Dövlət Dram Teatrının, Mingəçevir Dram Teatrının aktyorları çıxış edəcəklər.

Layihənin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili akademik Yaqub Mahmudov, rejissoru xalq artisti Vaqif Əsədov, ssenarisi filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir.

Festival Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş və xüsusi dekor olunmuş sərgi geniş şəkildə təqdim olunacaq.

Festivalda dövlət rəsmilərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə festivalda 1000 nəfərdən çox aktyor, xalq sənətkarları, gənclər və məktəblilər iştirak edəcək.

Festival atəşfəşanlıqla başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti