...

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib

Mədəniyyət Materials 14 İyun 2018 20:24 (UTC +04:00)
Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib
Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib

Bakı. Trend:

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib.

Tetrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməkdar artist Şövqi Hüseynov “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə iyun ayının 5-dən 16-dək Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçirilən “Vidlunya” adlı XX Beynəlxalq Monodram Teatr Festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Ukraynanın “Kut Mono” teatrında keçirilən festivalda azərbaycanlı aktyor festivalın “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasıyasında diploma layiq görülüb.

Səfər təəssüratlarını bölüşən əməkdar artist bildirib ki, festivalda Qırğızıstan, Kosovo, Ukrayna, Moldova, Polşa, İsrail kimi ölkələr iştirak edib.

Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparırdı. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukrayna telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbayc haqqında sujetlər hazırlanıb. Bu süjetlərdə müsahibə zamanı əməkdar artist Şövqi Hüseynov Azərbaycan mədəniyyəti və teatrı haqqında məlumatları diqqətə çatdırıb. Festival çərçivəsində aktyor həmçinin yeni festivallara dəvət də alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti