...

Lənkəranda inşa olunan xalça emalatxanası binasında tikinti işləri sürətləndirilir (FOTO)

Mədəniyyət Materials 6 Avqust 2018 14:42 (UTC +04:00)
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il istifadəyə veriləcək filiallarından biri də Lənkəranda yaradılır.
Lənkəranda inşa olunan xalça emalatxanası binasında tikinti işləri sürətləndirilir (FOTO)

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu il istifadəyə veriləcək filiallarından biri də Lənkəranda yaradılır.

Cəmiyyətin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran filialı üçün inşa olunan binada tikinti işləri sürətlə davam etdirilir.

"EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşaası aparılan birmərtəbəli xalça emalatxanası binasının tikintisinə bu ilin iyun ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşdırılıb. Hazırda daxili divarlar hörülür, dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə su hovuzu tikilir, abadlıq işləri aparılır.

Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarət olacaq. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.

“Azərxalça”nın Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə Lənkəran şəhərində tədris-hazırlıq kursu təşkil edilib.

Xalça emalatxanası binasının tikintisinin, tədris-hazırlıq kursunun bu ayın sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Prezidentin 2018-ci il 17 mart tarixli sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti